• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın Belçikadakı səfirliyində görüş keçirildi

Avropa Azərbaycanlıları Konqresinin (AAK) 15 illik yubileyi ərəfəsində tədbirlər planına əsasən daha bir görüş Azərbaycanın Belçikadakı səfirliyində baş tutdu.

Görüşdə səfir Fuad İsgəndərov AAK-ın Avropada gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi. O, bu işlərə görə AAK-ın rəhbəri Sahil Qasımovun “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edildiyini bildirdi və medalı ona təqdim etdi.

Sahil Qasımov göstərilən etimada görə Azərbaycan rəhbərliyinə minnətdarlıq etdi. O, Vətənə xidmət işinə hər zaman sadiq qalacağını, bu etimadı doğruldacağını görüləcək işlərlə sübut edəcəyini vurğuladı.

Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iştirak etdilər.