• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sənaye sərgisində İran xalçaları ziyarətçiləri xüsusilə cəlb edir

Bakı İdman Sarayında keçirilən II Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) nümayiş etdirilən məşhur İran xalçaları ziyarətçiləri xüsusilə cəlb edir.

Xalça üzərində rəsm işləri tehranlı rəssam Cəfər Muhəmmədzadəyə məxsusdur. Rəssamın eskizləri əsasında isə fabrikdə belə gözəl naxışlı və keyfiyyətli xalçalar toxunur. Hər bir insanın zövqünə uyğun olan bu məhsulların qiyməti münasibdir.

Xalçaçı rəssam Xədicə Qasımova bildirdi ki, Bakı sərgisində ilk dəfədir nümayiş etdirilən xalçalarla Rusiya və Qazaxıstanda da maraq böyükdür.