• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ərdoğan Putinlə Suriya üzrə memorandumun yerinə yetirilməsini müzakirə edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriya üzrə Türkiyə-Rusiya memorandumunun yerinə yetirilməsini müzakirə edəcək.

“Rusiya ilə sazişdə nəzərdə tutulan 150 saat başa çatmış, lakin terrorçular təhlükəsizlik zonasını tərk etməmişdir. Onlar hələ də hücumlar edir, Suriya Milli Ordusu isə cavab verir. Bu gün onlardan 11 nəfər həlak oldu. Biz susmalıyıq? Əlbəttə, buna cavab verəcəyik və uğurla başa çatdıracağıq... Mən bu problemi Vladimir Putinlə müzakirə etmək niyyətindəyəm”, - deyə Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında bildirdi.