• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Əddis-Əbəbədə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunmuş tədbir keçirildi

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının Əddis-Əbəbə şəhərində yerləşən mənzil-qərargahında ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə həsr olunmuş təqdimat-ziyafət keçirildi.

Tədbirdə çıxış edən səfir Elman Abdullayev iştirakçılara ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı ətraflı məlumat verdi.

Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış edərək 2019-cu il oktyabrın 25-26-da Bakıda XVIII Zirvə Görüşünün nəticələrindən və qəbul edilmiş sənədlərdən danışdı.

Tədbirə fəxri qonaq qismində qatılan Afrika İttifaqı Komissiyasının sədr müavini Kvartey Tomas Kvesi Qoşulmama Hərəkatının müasir dövrdə beynəlxalq münasibətlər sistemində çoxtərəfli diplomatiyanın təşviqindəki rolundan bəhs etdi, quruma sədrliyi münasibətilə Azərbaycana təbriklərini çatdırdı və uğurlar arzuladı.