• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün “Könüllülər Proqramı – 2020” könüllülərin qeydiyyatını elan edir.

Könüllülər proqramına seçilən şəxslər gələn il paytaxtımızda keçiriləcək bir neçə beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərərək, dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.

Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır.

AGF-nin təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.