• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı oldu

Özbəkistanın Xarəzm vilayətinin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılış mərasimi keçirildi.

Mədəniyyət günləri Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə təşkil olunmuşdu.

Mərasimdə Azərbaycandan və Özbəkistandan mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, jurnalistlər iştirak etdilər.

Tədbiri Xarəzm vilayətinin hakimi Fərxad Ermanov açaraq iki milyona yaxın əhalisi, qədim tarixi və zəngin mədəniyyəti olan vilayətdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu bildirdi. Vilayət rəhbəri dili, mədəniyyəti, adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, orada keçirilən görüşlər barədə danışdı, Özbəkistanın Türk Şurasının tamhüquqlu üzvü olmasının böyük sevinclə qarşılandığını vurğuladı.