• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları və "Beauty Azerbaijan" sərgiləri işə başladı

Noyabrın 6-da səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi baş işə başladı. Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribyutorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirirlər.

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirir. Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribyutor və istehsalçılar tərəfindən təmsil olunur. Belarus Respublikası “Medinex” sərgisində 8 aparıcı tibb müəssisəsini ehtiva edən milli pavilyon ilə iştirak edir.

“Medinex” sərgisinin istiqamətləri IT-Med - tibdə informasiya texnologiyaları, Pharm-Med - dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, Lab-Med - laboratoriya texnologiyaları və avadanlıqlar, Tech-Med - tibbi texnika və avadanlıq, Stom-Med - stomatologiya, optika və oftalmologiya, Tour-Med - tibbi turizm, Edu-Med – diyetologiya və tibbi təhsildir.

“Medinex” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir.