• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Batumidə 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir.

Konfransda bölgədə, o cümlədən Qara dəniz regionunda təhlükəsizlik, regional inkişaf məsələləri, eləcə də Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiya sahəsində əldə etdiyi uğurlar, ölkənin bu təşkilatlara üzvlüyünün perspektivləri, hibrid müharibə təhlükələri və s. məsələlər müzakirə olunur.

Konfransda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsində həyata keçirilən islahatlar, mövcud problemlər və digər məsələlər barədə məlumat verdi.

Sonra parlamentin sədri Arçil Talakvadze Gürcüstan qanunvericiliyi, ölkənin NATO-ya və Avropa İttifaqına inteqrasiyasının hüquqi əsaslarından danışdı.