• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran Prezidenti Səudiyyə Ərəbistanı və Bəhreyn krallarına məktub ünvanladı

İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı və Bəhreyn krallarına məktub ünvanladı.

Məktubda göstərilir ki, bölgədə təhlükəsizliyin təmin olunması yalnız region dövlətlərinin qarşılıqlı əməkdaşlığı ilə mümkündür. Kənar qüvvələr bölgəyə təhlükəsizliyi təmin etmək üçün deyil, öz maraqları naminə gəlirlər. İran ilə Səudiyyə Ərəbistanı yaxın qonşu olmaqla yanaşı, həm də din birliyinə malikdirlər. ABŞ-ın sanksiyaları Tehran ilə Ər-Riyadın əlaqələrinə zərər vurmamalıdır. İran həmişə qonşuları ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olmuşdur. İran regionda sülhün və əmin-amanlığın davamlı olmasında kollektiv səylərin göstərilməsinə tərəfdardır.