• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İsveçdə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan tədbir keçirildi

İsveç parlamentində (Riksdaq) “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunmuş “Parlament və onun üzvləri, dialoq və plüralizmin demokratiyada rolu” adlı tədbir keçirildi.

 İsveç Parlamentinin spikeri Andreas Norlenin də qatıldığı tədbirdə çıxış edən Milli Məclisin deputatı, eyni zamanda, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətdən, beynəlxalq təşkilatlarla qurulmuş əlaqələrdən söz açdı.

Sahibə Qafarova Avropa İttifaqı ilə tərəfdaşlığın ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etdi. Bildirdi ki, 1999-cu ildə qüvvəyə minən Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin uğurlu nəticələri olduğu üçün qurumla ölkəmiz siyasi dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan vermək məqsədilə 2017-ci ildən yeni çərçivə sazişi üzrə danışıqlara başlamışdır.