• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Gürcüstanda noyabrın sonlarında virus infeksiyası ilə xəstələnmə hallarının artacağı gözlənilir

Gürcüstanda noyabrın sonunda virus infeksiyası ilə xəstələnmə hallarının artacağı gözlənilir.

Bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze keçirdiyi mətbuat konfransında söyləmişdir.

Onun sözlərinə görə, bu gün ölkədə qrip virusunun geniş yayılma ehtimalı yoxdur. Lakin insanlar təcili peyvənd olunmalıdırlar.

Mərkəz rəhbəri ictimaiyyətə müraciət edərək dedi ki, indiki dövr peyvənd olunmaq üçün ən əlverişli dövrdür. Bir azdan qış fəsli başlayacaq və həmin dövrdə qrip virusunun yayılması genişlənəcək. Virus noyabrın sonlarında daha da fəallaşır və dekabrın sonlarında və yanvar ayında pik həddə çatır. Ona görə də peyvəndləmə üçün ən əlverişli vaxt məhz indidir.