• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ABŞ və Çin bəzi rüsumları aradan qaldıra bilər

Vaşinqton və Pekin ticarət sahəsində mübahisəli məsələlərin həlli üçün bir müddət əvvəl qarşılıqlı şəkildə tətbiq edilən bəzi rüsumların aradan qaldırması imkanlarını nəzərdən keçirir.

 Amerika və Çin hakimiyyəti bu addımın məsləhətləşmələrin uğurlu keçməsinə şərait yaradacağını güman edirlər. Tərəflər ticarət sazişinin hazırlanması üzrə ilk mərhələdə əsas razılığa gəldilər.

Saziş çərçivəsində Vaşinqton Çin məhsullarına dekabr ayında planlaşdırılan yeni rüsumlarda imtina edə bilər. Həmçinin hər iki dövlət indiyə qədər tətbiq edilən bəzi rüsumların aradan qaldırılması imkanlarını da müzakirə edir.