• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sərbəst güləşçilərimiz Dağıstanda beş medala sahib oldular

Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirildi.

Yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxdı.

Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazandılar. Rəşid Sadıxhacıyev (80 kq) və Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asdılar.