• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə Prezidenti Suriya ilə dövlət sərhədindəki gərginlik bölgəsinə səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlı Urfa bölgəsinə səfər edərək burada fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzində (BHM) iştirak etdi.

Burada dövlət başçısına Türkiyə ordusunun Suriyada Fərat çayının şərqində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatının vəziyyəti barədə məlumat verildi. Səfər çərçivəsində zabit və əsgərlərlə bir araya gələn Prezident Rəcəb Tayyib Ərdoğan dövlət orqanları və bələdiyyələrə baş çəkdi, yerli əhali ilə görüşdü.