• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Keşikçidağ” və “Avey” qoruqları Çində keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil etdilər

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayonunda yerləşən “Keşikçidağ” və Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqları Çin Xalq Respublikasında keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etdilər.

Qoruqların ərazisində yerləşən abidələr - mağaralar, məbədlər, kurqanlar, qala, qədim inanc yeri, mağaraların divar və tavanlarında yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri olan freskalar Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb oldu.

IV Beynəlxalq Mural Forumuna qoruqlar tərəfindən “Qafqaz Albaniyasının qəbir abidələri” adlı elmi məruzə göndərilmişdir. Bu, təşkilatçılarda böyük marağa səbəb olduğundan forumun gündəliyinə salınmışdır.