• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanda şəxsiyyət vəsiqələri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək

Noyabrın 1-dən etibarən Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq ala biləcəklər.

 Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalamışdır.

Əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi cari il noyabrın 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.