• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İlahiyyat İnstitutunun xarici dillərdə kataloqu nəşr edildi

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən kataloq nəşr olunmuşdur.

Rus, ingilis və ərəb dillərində çap edilən 84 səhifəlik kataloqda Aİİ haqqında ətraflı məlumat və ali təhsil müəssisəsinin həyatını əks etdirən fotolar yer almışdır.

Kataloq “Ön söz”, “Nə üçün Aİİ?”, “Tariximiz”, “Missiyamız”, “Məqsədimiz”, “Əsas dəyərlərimiz”, “Akademik təqvim”, “Akademik siyasət”, “İxtisas proqramları”, “İlahiyyat fakültəsi”, “Kafedra və şöbələr”, “Beynəlxalq əlaqələr və əməkdaşlıq”, “Tələbələrə dəstək sistemi”, “Tələbə həyatı” və digər bölmələrdən ibarətdir.