• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Suriyada bir türk hərbçisi şəhid oldu, altısı yaralandı

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatında iştirak edən hərbçilərdən biri şəhid oldu, altısı yaralandı.

Hadisə terrorçuların əvvəlcədən basdırdıqları partlayıcı qurğunun işə salınması nəticəsində baş vermişdir.

Türkiyə Hərbi Hava Qüvvələri isə İraqın şimalında Kandil və Haftanin bölgələrində terror düşərgələrinə qarşı daha bir uğurlu əməliyyat keçirdilər. Bu hərbi əməliyyatlar nəticəsində üç nəfər PKK terrorçusu məhv edildi.