• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pakistanda qatar faciəsində ölənlərin sayı 73 nəfərə çatdı

Pakistanın şimal-şərqində yerləşən Pəncab ştatında sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatmış, onlarla insan müxtəlif dərəcəli xəsarətlər almışlar.

 İlkin məlumata görə, Kəraçidən Ravalpindi şəhərində gedən qatarda baş verən yanğına qaz balonunun partlaması səbəb olmuşdur. Yanğın üç vaqona yayılaraq onları külə döndərmişdir.

Pakistanın Dəmir Yolları naziri Şeyx Rəşid bildirdi ki, ölüm hallarının bir çoxu sərnişinlərin özlərini hərəkətdə olan qatardan yerə atmaları nəticəsində baş vermişdir. Hələlik ölənlərin yalnız bir hissəsinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmuşdur. Cəsədlərin bir çoxu yanaraq tanınmaz hala düşmüşdür.