• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanda 10 milyon ton neft və 7 milyard kubmetr qaz ehtiyatı olan yeni yataq aşkarlanmışdır

ABŞ-ın “Epsilon Development Company” şirkətinin Özbəkistanda yeni aşkarladığı neft yatağında 10 milyon ton neft və 7 milyard kubmetr qaz olduğu bildirilir.

Yeni yataq Qaşqadərya vilayətinin Kultaq-Kamaşi blokunda aşkarlanmışdır.

“Epsilon Development Company” şirkəti Honkonqun “Epsilon Asia Limited” şirkəti ilə konsorsium yaradaraq bu ilin martından Özbəkistanın Buxara-Xivə və Fərqanə regionundakı 5 neft-qaz blokunda kəşfiyyat işləri aparır. Kəşfiyyat işləri nəticədə bir sıra yeni yataq kəşf edilmişdir. Konsorsium 2019-2023-cü illərdə bu layihələrə 5,2 milyard dollar sərmayə qoyacaq.