• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Şahmatçılarımız Dünya Şahmat Olimpiadasında fəal iştirak edirlər

Oktyabrın 29-da Türkiyənin Çorum şəhərində start verilən 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə şahmat üzrə mübarizəyə qoşuldular.

Ölkəmiz hal-hazırda keçirilən bu nüfuzlu yarışda iki komanda – “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.

Azərbaycanın birinci komandasında Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva iştirak edirlər. “Azərbaycan-Naxçıvan” komandasında isə Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Ərturan İsmayılov və Nəsrin Babayeva mübarizə aparırlar.