• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ABŞ Konqresinin Reybörn binasının qarşısında qarşı etiraz aksiyası keçirildi

Xəbər verildiyi kimi, oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Vaşinqtona səfər etmişdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirdi.

Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ-dakı “nümayəndəliyi”, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst qanunvericilər də dəvət olunmuşdur.

Tədbirlə eyni vaxtda Reybörn binasının qarşısında Azərbaycan icması tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirildi. Aksiyada Vaşinqton və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri iştirak etdilər. Nümayiş iştirakçıları əllərində erməni liderlərinin – Bako Saakyanın, Serj Sarkisyanın və digərlərinin hərbi cinayətkar olmalarını təsvir edən plakatlar tutmuşdular, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassal dövlət olması, müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırdılar.

Qondarma rejimin tədbirinin başlanmasından bir neçə dəqiqə əvvəl erməni lobbi təşkilatının üzvlərindən biri azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxaraq qondarma “erməni soyqırımı”ndan danışaraq təxribata cəhd etdilər. Lakin polis əməkdaşları təxribatın qarşısını dərhal aldılar.