• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə İstanbulda müxtəlif tədbirlər keçirildi

Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü ölkənin bütün bölgələrində olduğu kimi, İstanbulda da müxtəlif tədbirlərlə qeyd olundu.

29 oktyabr - Cümhuriyyət Günü münasibətilə şəhərin müxtəlif rayonlarında tanınmış müğənnilərin konsert proqramları və yürüşlər təşkil edildi. Bu il ilk dəfə olaraq İstanbul adalarında da müxtəlif konsertlər keçirildi. Bayram münasibətilə İstanbul boğazı lazer işıqları ilə bəzədildi. Tarixi Qalata qülləsi isə Türk bayrağının rənglərinə büründü.