• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Xalq artisti Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçildi

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirildi.

Əvvəlcə ABİ-nin 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçildi.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçdilər.

Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.