• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“The Jakarta Post”: İndoneziya ilə Azərbaycan kooperativ əməkdaşlığı genişləndirəcək

İndoneziya və Azərbaycan halal məhsullar istehsalı üzrə kooperativlərin əməkdaşlığını genişləndirəcək.

 İndoneziyanın Kooperativlər Assosiasiyasının sədri Sahala Panqqabean ilə Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov arasında olan görüşdə razılıq əldə edildi.

Azərbaycanın İndoneziyadakı səfirliyində keçirilən tədbirdə iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Yaxın dostluq münasibətlərinə malik İndoneziya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında halal məhsullar istehsal edən kooperativlərin müxtəlif sənətlərin və turizmin inkişafı üçün mühüm rol oynaya biləcəyi qeyd edildi.

Bu məqsədlə universitetlər nəzdində tədris mərkəzlərinin yaradılmasının sahə üzrə insan resurslarının formalaşmasına müsbət təsir göstərə biləcəyi vurğulandı.

Bildirildi ki, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birbaşa Cakarta-Bakı aviareysinin açılması da iki ölkə arasında turizmin inkişafına müsbət təsir göstərər.

İndoneziya tərəfi görüşün nəticəsi olaraq qarşılıqlı anlaşma memorandumunun layihəsinin hazırlanmasını və tezliklə müzakirə olunmasını təklif etdi.