• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası təsdiq edildi

Oktyabrın 30-da Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası təsdiq edildi.

Nazirlər hərbi əməkdaşlığın inkişafına dair vəziyyəti müzakirə etdilər və gələn il, həmçinin yaxın perspektivdə keçiriləcək birgə tədbirləri müəyyənləşdirdilər.

Konsepsiya hərbi sahədə yeni yuxarı səviyyəyə çatmaq məqsədi daşıyır, təhlükəsizliyin təmin olunması, müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində MDB dövlətlərinin milli maraqlarını, birgə prioritetlərini əks etdirir.

İclasda iştirakçılar Suriyada döyüş əməliyyatları zamanı uçan pilotsuz aparatların hücumlarının qarşısının alınması təcrübəsi barədə informasiyanı dinlədilər. MDB-yə üzv ölkələrin ortaq hava hücumundan müdafiə sistemlərinin planlı şəkildə inkişaf etdirilməsi məqsədilə Nazirlər Şurasının gələn il üçün birgə tədbirlər planı təsdiqləndi. Həmçinin ortaq sistemin sonrakı funksionallığı, hava-kosmik müdafiə hədəflərinin həllinə adaptasiyası üçün maliyyə aspektləri razılaşdırıldı. Gələn il MDB ortaq hava hücumundan müdafiə qoşunlarının birgə kompüter komanda-qərargah təlimləri (“Regional təhlükəsizlik-2020”) keçiriləcək.