• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayır

Oktyabrın 29-dan etibarən “BP Azerbaijan” bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan tələbələr üçün mentorluq proqramına başlayır.

Prqramın məqsədi seçilmiş tələbələrə fərdi mentorluq sessiyaları verməklə onların neft-qaz mühəndisliyi sahələrində gələcək karyera imkanlarına hazırlaşmalarına yardım etməkdir.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda insan resursları üzrə vitse-prezident Nərminə Nəbiyeva dedi: “Əminəm ki, BP-nin mentorları seçilmiş tələbələrin karyera qurmasına peşəkar dəstək verməklə onların öz inkişaf ehtiyaclarını başa düşmələrinə və iş həyatına hazırlaşmalarına yardım edəcəklər”.