• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Əfqanıstan hakimiyyəti “Taliban”ı hərbi əməliyyatları bir ay dayandırmağa çağırdı

Əfqanıstan hakimiyyəti “Taliban” hərəkatını münaqişənin dinc yolla nizamlanması üzrə danışıqların davam etməsi üçün hərbi əməliyyatları bir ay dayandırmağa çağırdı.

 Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdullah Mohibinin sözlərinə görə, “Taliban” hərəkatı hərbi əməliyyatları dayandırmaqla səhra komandirlərinə tam nəzarət etdiyini sübut edə bilər.

Həmdullah Mohib, həmçinin Əfqanıstan hökumətinin ABŞ, NATO, “Taliban” hərəkatı və Pakistanla danışıqları da nəzərdə tutan dinc nizamlanmaya dair yeddi maddəlik plan hazırladığını dedi.