• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ukrayna portalı: Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü Azərbaycana dərin hörmət və etibarın təzahürüdür

Ukraynanın “Versii” portalı həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, bu ölkənin Əməkdar təhsil işçisi Arif Quliyevin Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə həsr olunmuş məqaləsini dərc etmişdir.

“Azərbaycana dərin hörmətin, inam və etibarın təzahürü” sərlövhəli məqalədə müəllif Zirvə Görüşünün əhəmiyyəti, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu ilə bağlı məsələlərə toxunmuşdur.

Yazıda bildirilir ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasının ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını yekdilliklə dəstəkləyir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi bütün sənədlərdə problemin məhz bu prinsiplər əsasında həllini tələb edir.