• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yaponiyanın “Rainbow Town FM 79.2 Tokyo” radiosunda Azərbaycan haqqında veriliş yayımlanmışdır

Yaponiyanın “Rainbow Town FM 79.2 Tokyo” radiosunda Azərbaycan haqqında veriliş yayımlanmışdır.Verilişdə Azərbaycanın coğrafi mövqeyi, təbiəti, qədim və zəngin mədəniyyəti, müasir turizm potensialı barədə yapon dinləyicilərə ətraflı məlumat verilmişdir.  Azərbaycan rəhbərliyinin xarici investisiyaların cəlb edilməsi istiqamətində yeritdiyi siyasət, apardığı islahatlar bu ölkəyə sərmayələrin qoyulması üçün əlverişli şərait yaradıldığı da qeyd olunmuşdur. Yapon iş adamları “Cross Border Club”ın vasitəsilə bu ölkəyə səfərlərdə fəal iştirak etmiş, sıx dostluq əlaqələri qurmuşlar. İndiyədək 1000-ə yaxın yapon iş adamının Azərbaycana səfərinin təşkil olunduğunu, Bakıda Yaponiya qida məhsullarının üç sərgisinin nümayiş edildiyini xatırladan K.İşida gələn ilin iyununda da buraya növbəti səfərin planlaşdırıldığını da vurğulamışdır. Bildirmişdir ki, səfər çərçivəsində yapon iş adamlarının Bakı ilə yanaşı, Sumqayıt, Şəki və digər şəhərlərə səfərləri də nəzərdə tutulur.