• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Vəkillər Kollegiyasının üzvləri beynəlxalq konfransda iştirak etdi

Daşkənddə “Vəkillik institutunun inkişaf konsepsiyası: Özbəkistan və xarici ölkələrin təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda bir sıra ölkələrin vəkillər kollegiyalarının, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak etdilər. Beynəlxalq konfransda ölkəmizi Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvü Elçin Qəmbərov, Kollegiyanın üzvü Qeysər Cəfərov təmsil etdi.

Konfrans çərçivəsində vəkillik fəaliyyətini maraqlandıran mövzular – müasir vəkilliyin təşkilati-hüquqi əsasları, vəkillik institutunun müstəqilliyinin və rolunun möhkəmləndirilməsi və digər məsələlər müzakirə olundu.