• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“British Council”dan ödənişsiz onlayn ingilis dili kursları

“Creative spark” layihəsi çərçivəsində Britaniya Şurasının “British Council” təşkilatı tərəfindən tələbələr üçün ödənişsiz onlayn ingilis dili kursları təklif olunur.

Kursda iştirak etmək istəyən tələbənin səviyyəsi onlayn imtahan vasitəsilə müəyyən olunacaq.

Onlayn kursda iştirak edən hər bir tələbə kurs çərçivəsində iki səviyyə tamamlaya bilər. Kursu uğurla bitirən tələbələrə sertifikat veriləcək.