• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nazirlik: Rusiya Səudiyyə Ərəbistanı və OPEC-lə sıx əməkdaşlığı davam etdirir

Rusiya Səudiyyə Ərəbistanı və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə sıx əməkdaşlığı davam etdirir.

Pilotsuz uçan aparatlarla hücumlardan sonra Səudiyyə Ərəbistanında istehsalın sürətlə bərpa edilməsi bir daha sənayedə ən böyük istehsalçıların peşəkarlığını və etibarlılığını nümayiş etdirdi. Rusiya neft bazarında sabitliyin və proqnozlaşdırılmanın yaxşılaşdırılması üçün Səudiyyə Ərəbistanı və OPEC üzrə tərəfdaşları ilə fəal əməkdaşlıq edir.

Qeyd edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq. İclaslarda “OPEC plus” üzrə neft hasilatının daha çox azaldılması əsas müzakirə mövzusu olacaq.