• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı metrosunun “B3” stansiyasında tamamlama işləri görülür

Bakı metrosunun şərti adı “B3” olan (paytaxtın Ceyhun Səlimov küçəsində, Hərbi hospitalın yanı) stansiyasında tamamlama işləri görülür.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyanın açılacağı tarix tam məlum deyil. İstər geoloji, istərsə də təbii səbəblərdən tikintidə yubanmalar olur. Hazırda stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri aparılır.