• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tacikistan Dünya Bankının “Doing Business” reytinqində 20 pillə yüksəldi

Tacikistan Dünya Bankının “Doing Business” reytinqində 20 pillə yüksələrək 106-cı yerdə qərarlaşdı.

Ötən il Tacikistan 190 ölkə arasında 126-cı yerdə qərarlaşmışdı.

 Tacikistan hökuməti tərəfindən qəbul olunan, işgüzar aləmdə kritik məhdudiyyətlərin aradan qaldırılmasına yönəldilən qərar ilk bəhrəsini verir. Sənəddə qeyd edilir ki, ötən il ölkədə aparılan islahatlara görə Tacikistan biznes sahəsində 10 islahatçı dövlətdən biri olmuşdur. Ölkədə vahid, müasir təminat reyestri hesabına kredit verilməsi şərtləri yüngülləşdirilmiş, tez xarab olan məhsullar gömrükdən keçirilərkən tətbiq olunan qaydalar asanlaşdırılmışdır.