• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ticani Məhəmməd-Bande: Azərbaycan BMT çərçivəsində fəal rol oynayır

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande ilə görüşdü.

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar barədə danışdı. Nazir Elmar Məmmədyarov Azərbaycanın dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiq olduğunu qeyd etdi və Azərbaycanın Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini ifadə etdi.

Nazir Elmar Məmmədyarov, həmçinin sədrliyimiz dövründə Qoşulmama Hərəkatı və Qrup 77 arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirdi.