• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

24 oktyabr BMT günüdür

Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür.

Bu il təşkilat özünün 74-cü ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minmişdir. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən imzalanmışdır. BMT-nin qanunu 1945-ci il aprel ayının 25-26-da San-Fransiskoda keçirilən beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş Millətlər konfransında razılaşdırılmışdır. Sənədə 1945-ci il iyunun 26-da qol çəkilmişdir.