• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçildi

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) 8-ci Assambleyası, idarə heyətinin 24-cü və Təlim Komitəsinin 19-cu toplantısında və “Səmərəli audit və audit nəticələrinin effektivliyi” mövzusunda 8-ci simpoziumda iştirak etdi.

ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet ali audit qurumlarının (AAQ) həyata keçirdiyi fəaliyyətlərin tarixindən və əhəmiyyətindən bəhs etdi. Qəbul edilmiş gündəliyə əsasən Pakistan AAQ-ı tərəfindən ECOSAI-ın baş katibinin 3 illlik fəaliyyət hesabatı və 2018-ci il dekabrın 31-nə ECOSAI-ın hesabları barədə məlumat təqdim edildi.

 Sonra, təşkilatın Təlim Komitəsinin 19-cu toplantısının iştirakçılarının hesabatı, ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında baş katibliyin məlumatı dinlənildi, təşkilatın Ali Audit Qurumlarının Avropa Təşkilatında (ASOSAI) müşahidəçi qismində təmsil olunması barədə məlumat, üzv AAQ-lar arasında imzalanmış anlaşma memorandumları haqqında, eləcə də, AAQ-ların ECOSAI-a müşahidəçi üzv qismində qəbul edilməsi məsələləri barədə müzakirələr aparılıb və ECOSAI-ın 2019-2022-ci illər üzrə Təlim Planı qəbul olundu.

Sonda, ECOSAI-ın idarə heyəti qeyd edilən hesabatların müzakirəsi və qəbul olunması üçün onların ECOSAI-ın 8-ci Assambleyasına çıxarılmasını qərara aldı.