• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İlahiyyat İnstitutunda ödənişsiz seminar təşkil olunacaq

Azərbaycan İlahiyyat İnstitutunda oktyabrın 26-da “İslam iqtisadiyyatı: reallıqlar və perspektivlər” mövzusunda ödənişsiz seminar təşkil olunacaq.

Seminar İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin nəzdində qurulan İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzinin, Azərbaycan İlahiyyat İnstitutunun və Azərbaycan Dövlət İqtisad Universitetinin “Meybullayev” İslam İqtisadiyyatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Seminarda iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev “İslam iqtisadiyyatında faiz qadağası”, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslam İqtisadiyyatının nəzəri əsasları” və Anar Yusifzadə “İslam maliyyəsinə giriş” mövzularında çıxış edəcəklər.