• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə Suriyada hərbi əməliyyatın dayandırıldığını elan etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında aparılan “Sülh çeşməsi” əməliyyatının dayandırıldığını bildirdi.

 Çavuşoğlu eyni zamanda əməliyyatın bitmədiyini və lazım gələrsə ordunun terrorçulara zərbə vurmağa hazır olduğunu qeyd etdi.

“Əgər terrorçular peyda olsa, ordumuz onlarla döyüşəcək. Silah, mina və tələlər qalıb – onları təmizləmək lazımdır. Hələ görüləcək çox işlər var. Bu səbəbdən meydanda qalacağıq”, - deyə Xarici İşlər naziri agentliyə müsahibəsində bildirmişdir.

Qeyd edək ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanmışdır. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi şəhərində altı saatlıq danışıqların yekununda Suriya Ərəb Respublikasının vahidliyinin və ərazi bütövlüyünün, Türkiyənin milli təhlükəsizliyinin tərəfdarı olduqlarını təsdiqlədi, həmçinin Ədən sazişini dəstəklədiklərini bildirdilər.