• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ABŞ-ın Santa Fe şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü qeyd olundu

ABŞ-ın Santa Fe şəhərinin Beynəlxalq Əlaqələr Şurasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə təntənəli mərasim keçirildi.

Beynəlxalq Əlaqələr Şurasının prezidenti Çak Keyz tədbiri açaraq qonaqları salamladı və mərasimin məqsədi barədə məlumat verdi.

Sonra, Santa Fe Şəhər Şurasının üzvü Peter İves Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı şəhər meriyasının bəyannaməsini oxudu.

Bəyannamədə Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik, dünyəvi respublika qurduğu və irqindən, dinindən, cinsindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar verdiyi, Azərbaycanın dünyaya müsəlmanların, xristianların, yəhudilərin sülh və harmoniyada yaşadığı modeli təqdim etdiyi, habelə strateji əhəmiyyətli bölgədə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olduğu vurğulanır.

Tədbirin sonunda bəyannamə Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsinə təqdim edildi.