• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanın “Kitob dunyasi” qəzetində Azərbaycanla əlaqədar materiallar dərc edilmişdir

Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycanla əlaqədar materiallar dərc edilmişdir.

Qəzetin birinci səhifəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla müsahibə yer almışdır. Qəzetin ikinci səhifəsi tamamilə Azərbaycana həsr edilmişdir. Səhifədə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın bu yaxınlarda Özbəkistana səfəri, Daşkənd şəhərində, Namanqan, Fərqanə və Əndican vilayətlərində görüşləri haqqında da geniş məqalə çap edilmişdir. Burada, eyni zamanda, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Azərbaycan-Özbəkistan əlaqələrinə dair məqaləsi də yer almışdır.