• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanda texnologiya inkşaf edir

İranın İnnovasiyaların İnkişafı Fondunun İdarə Heyətinin sədri Əli Vəhdəti bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən texnologiya parklarında yüksək standartlar əsasında məhsul istehsal edilir. Bu məhsullar dünya bazarına çıxarıla biləcək səviyyədədir.

O, həmçinin qeyd etdi ki, İran ilə Azərbaycanın innovasiya şirkətləri arasında əməkdaşlıq haqqında 6 müqavilə imzalanmışdır. Bu müqavilələrə əsasən şirkətlər birgə müəssisə yaradıb məhsul istehsal edə bilərlər. Bu sahə üzrə faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün alimlərin və iş adamlarının görüşlərini təşkil etmək lazımdır. Qarşılıqlı təcrübə mübadiləsi də tərəflər üçün əhəmiyyətlidir.