• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ukraynada yeni məscidin açılışı oldu

Ukraynanın Dnepropetrovsk vilayətinin Kamensk şəhərində ilk məscid binasının açılışı oldu.

Məscidin inşasında Ukraynada yaşayan azərbaycanlılar da iştirak etdilər.

Tədbirə şəhər meri Andrey Belousov, Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Said İsmagilov, ölkənin müxtəlif şəhərlərindən müftilər, Ukrayna Pravoslav Kilsəsinin nümayəndəsi Dmitriy Povorotnıy, Azərbaycan da daxil olmaqla digər müsəlman icmaların üzvləri qatıldılar.

Ukraynada tolerant mühitin olduğunu qeyd edən mer A.Belousov bildirdi ki, ilk məscidin açılması tarixi hadisədir.

Müfti S.İsmagilov Ukraynada digər xalqların ibadəti üçün əlverişli şəraitin yaradıldığını vurğulayaraq məscidin inşasında xidməti olan hər kəsə təşəkkürünü bildirdi.