• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyənin Suriya ilə sərhəd bölgələrindəki məktəblər daha beş gün tətilə buraxıldı

Türkiyənin Şırnak və Mardin vilayətlərinin rayon, qəsəbə və kəndləri də daxil olmaqla 201 məktəbdə beş gün tətil elan olundu.

Şanlı Urfa vilayətinin Suriya ilə sərhədində yerləşən bütün, eləcə də Suruç və Birecik rayonlarındakı bəzi məktəblərdə oktyabrın 9-dan mövcud olan tətil daha beş gün uzadıldı. Bu tədbir Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlıdır.