• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək

Oktyabrın 24-25-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən təşkil olunan sammitdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Sammitdə 60-dək ölkənin parlament sədrinin və 300 nümayəndənin iştirakı gözlənilir. İki gün ərzində parlamentlərin sədrləri “Ümumi Avropa evimiz: qarşıdakı 70 il”, “BMT-nin Proqramının-2030 və onun davamlı inkişaf məqsədləri: parlamentlərin töhfələri”, “Qadınlar siyasətdə və ictimai nitqlərdə: siyasətçi və deputat qadınlara qarşı təzyiq və nifrət çıxışlarının artmasına qarşı mübarizədə milli parlamentlər hansı rolu oynaya bilər?” mövzularına dair çıxışlar olacaq və onların ətrafında müzakirələr aparılacaq.