• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İndoneziya Prezidenti Coko Vidodonun andiçmə mərasimində ölkəmiz də təmsil olundu

İndoneziyanın Prezidenti seçilən Coko Vidodonun oktyabrın 20-də andiçmə mərasimi keçirildi.

Mərasimdə Avstraliya, Bruney, Malayziya, Sinqapurun liderləri, Çin Sədrinin müavini Van Tsişan, Vyetnam, Cənubi Koreya, Yaponiya və digər ölkələrdən gəlmiş rəsmi nümayəndələr iştirak etdilər. İnauqurasiya mərasimində Azərbaycanı ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov təmsil etdi.

Tədbirdə əvvəlcə İndoneziyanın dövlət himni səsləndi, sonra ölkənin azadlığı uğrunda həyatlarını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı..

Daha sonra Coko Vidodo and içdi: “Allaha and içirəm ki, bütün gücümü sərf edərək İndoneziya Respublikasının Prezidenti vəzifəsini ədalətlə icra edəcəyəm. Konstitusiyaya, bütün qanunlara əməl edərək, özümü bütünlüklə xalqa xidmətə həsr edəcəyəm”.