• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü gördü

“Elm və təhsil ” nəşriyyatında yüksək poliqrafik üslubda çap olunan növbəti kitab “TÜRKSOY-25: şərəfli yolun astanasında” adlanır. Kitabın “Ön söz” müəllifi Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovdur.

Kitabda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaranması, təşəkkülü və hədəflərinə dair araşdırmaların nəticələri yer almışdır. 

Kitabın rəyçiləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Tahir Kərimov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovdur. Tərtibçisi Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarov, məsul redaktoru Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlıdır.