• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tacikistan jurnalında İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr dərc olunmuşdur

Ölkəmizin Tacikistandakı səfirliyinin dəstəyi ilə ölkədə çox məşhur olan "ADAB" jurnalında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr dərc olunmuşdur.

Nəşrdə Nürbəxşi Cahangirin “İmadəddin Nəsimi. Doğma yurddan didərgin düşmüş simurq quşu", AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Cahana sığmayan şair", İsfəndiyarın "Atəşpərəstlik", Azərbaycanın Xalq şairi Rəsul Rzanın İmadəddin Nəsiminin 600 illiyi münasibətilə şairə həsr etdiyi və "Sovet Tacikistanı" qəzetinin 15 iyun 1970-ci il buraxılışında dərc olunmuş "Nəsiminin bir beytinin hekayəsi", filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın "Nəsiminin edamının siyasi faktorları", Tacikistanda məşhur nəsimişünas Qurban Vosenin "Nəsimi və Divanı", "ADAB" jurnalının redaktoru Şodi Şokirzodanın "Tacikistanda İmadəddin Nəsimi əsərlərinin tədqiqi və nəşri" adlı məqalələri də işıq üzü görmüşdür.