• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ABŞ növbəti dəfə İraqı sanksiyalardan azad etdi

ABŞ növbəti dəfə İraqı sanksiyalardan azad edərək, rəsmi Bağdada daha 120 gün müddətində İrandan neft və qaz almağa icazə verdi.

İraqın Baş Naziri Adil Əbdül-Mehdi ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasındakı telefon söhbətindən sonra bu məsələ öz həllini tapdı.

Razılığa əsasən, İraqın “Iraq Oil Report” şirkətinin 3 ay ərzində İrandan neft və neft məhsulları, həmçinin təbii qaz idxal etməsinə icazə verilmişdir.